AZ

Qadın futbolçularımız üzümüzü güldürdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Milli.Az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub.

"Jalgiris" stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

Milli.Az

Seçilən
89
6
milli.az

10Mənbələr