AZ

Qadın futbolçularımız üzümüzü güldürdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.
 
C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub.
 
"Jalgiris" stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Seçilən
101
6
moderator.az

10Mənbələr