Yazını böyüt
Yazını kiçilt
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.
Hafta.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub.
“Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Millimiz bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Növbəti oyun aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı olacaq.