AZ

2025-ci ildə dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb

"Dünyanın ən bahalı şəhərləri sırasında Monako və Nyu-York şəhərləri yer alıb, bu da milyonçuların sayının çox olması ilə bağlıdır..."
 
Son illərdə dünyanın iri meqapolislərində yaşayış xərcləri durmadan artır, bu, artıq hər kəsə məlum olan bir faktdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.
 
Qlobal sərvətin bölgüsü və varlı insanların miqrasiyası sahəsində ixtisaslaşmış "Henley & Partners" şirkəti hər il dünyanın ən bahalı şəhərlərinin reytinqini təqdim edir.
 
"Time Out" nəşrinin qeyd etdiyi kimi, bu ilki siyahıdakı şəhərlərin heç biri sürpriz olmayıb. Siyahı  sahəsi 100-200 kvadratmetr olan "birinci sinif" mənzillərin kvadrat metri üçün orta qiymət əsasında tərtib olunub.
 
Reytinqin zirvəsində Monako yer alıb, burada belə mənzillərin kvadrat metri 38 800 dollardan çox ola bilər.
 
Nəşr vurğulayıb ki, bu şəhərdə adambaşına düşən sərvət ən yüksək səviyyədədir və ümumilikdə əhalinin 40 faizdən çoxu milyonçudur, bu, bütün şəhərlər arasında ən yüksək göstəricidir.
 
İkinci yerdə Nyu-York qərarlaşıb, burada elit mənzilin bir kvadrat metri orta hesabla 27 500 dollara başa gəlir. Bu şəhər həmçinin dünyada ən çox milyonçunun yaşadığı yer kimi reytinqin ilk sırasında qərarlaşıb, burada təxminən 384 500 milyonçunun yaşadığı qeyd olunur.
 
Honqkonq, London və Sen-Jan-Kap-Ferra ilk beşliyi tamamlayır. Maraqlıdır ki, tam siyahıya əsasən, Fransa ən çox şəhərlə təmsil olunub, bunlardan Paris, Sen-Jan-Kap-Ferra, Nitsa, Kann, Antib və Ez ilk 20-likdə yer alıb. ABŞ isə bu göstəricidə ikinci yerdədir.
 
Ümumilikdə, dünyanın ən bahalı şəhərlərinin TOP-10-luğu belədir:
 
1. Monako
2. Nyu-York
3. Honqkonq
4. London
5. Sen-Jan-Kap-Ferra
6. Paris
7. Sidney
8. Palm-Biç
9. Mayami-Biç
10. Los-Anceles.
 
Xatırladaq ki, İtaliyanın şimalında yerləşən Trentino bölgəsi tərk edilmiş kəndləri canlandırmaq üçün iddialı bir proqram başladıb. Bu proqram çərçivəsində 100 min avroya qədər vəsait təklif olunur ki, təki insanlar Dolomit Alplarının gözəl guşələrində yerləşən köhnə evləri təmir edib ora köçsünlər.
 
Qeyd edək ki, Avropada daşınmaz əmlak bazarı da sürətli artım nümayiş etdirir-  yaşayış və kirayə qiymətləri həm mütəxəssisləri, həm də avropalıları təəccübləndirir. 2024-cü ilin son rübündə Avropa İttifaqı ölkələrində mənzil qiymətləri keçən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz, kirayə haqqı isə 3,2 faiz artıb.
Seçilən
240
22
moderator.az

10Mənbələr