AZ

Trampın xüsusi nümayəndəsi Ukraynaya səfərini təxirə salıb

ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq Ukraynaya səfərini yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər təxirə salıb...

Poliqon xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazır.

“Trampın Ukrayna üzrə yeni xüsusi nümayəndəsi Kiyevə və digər Avropa paytaxtlarına faktaraşdırıcı səfərini yanvarın 20-də Trampın andiçmə mərasimindən sonraya təxirə salıb”,  deyə agentliyin açıqlamasında bildirilir.

Qeyd olunur ki, Trampın Ukrayna və Rusiya üzrə gələcək xüsusi nümayəndəsi Kelloq ilkin olaraq yanvarın əvvəlində Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırıb.

Lakin mənbənin verdiyi məlumata görə, səfər naməlum səbəblərdən təxirə salınıb.

Kelloqun Trampın vəzifəyə başlamasından sonra Ukraynaya səfəri gözlənilir. Ancaq tarix hələ müəyyən edilməyib.

Poliqon.info

Seçilən
31
28
poliqon.info

10Mənbələr