AZ

Sallivan: “ABŞ Hindistanla nüvə enerjisi sahəsində əməkdaşlığa hazırdır”

ABŞ Hindistan şirkətləri ilə mülki nüvə tərəfdaşlığı qarşısındakı maneələri aradan qaldırmaq üçün addımları tamamlayır.

KONKRET.az TASS-a istinadən  xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Nyu-Dehlidə çıxışı zamanı bildirib: “Birləşmiş Ştatlar Hindistanın aparıcı nüvə kommunal müəssisələri ilə Amerika şirkətləri arasında mülki nüvə enerjisi əməkdaşlığına əngəl törədən,  uzun müddətdir mövcud olan qaydaları aradan qaldırmaq üçün lazımi addımları atır”, – deyə Sallivan bildirib. Daha sonra Sallivan Hindistan şirkətlərinin mülki nüvə enerjisi sahəsində əməkdaşlığı birgə inkişaf etdirmək üçün ABŞ ilə sıx əməkdaşlığa başlayacaqlarını vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
35
42
konkret.az

10Mənbələr