AZ

"İnsan alverinə qarşı mübarizədə maarifləndirmə işləri gücləndirilməlidir" - Nailə İsmayılova

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az- a özəl açıqlamasında bildirib ki, yanvar ayı ölkəmizdə İnsan Alverinin Qarşısının Alınması Aylığı elan edilib.

Nailə İsmayılova, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yanında yaradılmış koalisiyanın üzvü kimi, qeyri-hökumət təşkilatlarının bu istiqamətdə cəmiyyətə töhfə verməsinin vacibliyini vurğulayıb:

“Cəmiyyətdə hər hansı problemin həllində maarifləndirmə işlərinin gücləndirilməsi əsas şərtdir. Ölkə başçısı İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət qurumları və QHT-lər tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində insan alveri qurbanlarına yardım proqramlarının səmərəliliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi vacibdir". 

QHT sədri vurğulayıb ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin gördüyü ciddi tədbirlər nəticəsində bu sahədə mühüm irəliləyişlər əldə olunub:

"Təbii ki, daha çox nəticələrin əldə olunması üçün adıçəkilən qurum QHT-lərin resurslarını da nəzərə alaraq birgə işlər aparılıb və bu işlər koalisiyanın iştirakı ilə davam edir".

 

 

Seçilən
39
29
qht.az

10Mənbələr