AZ

Kreml Trampın Putinlə görüş planına münasibət bildirdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyadan sonra Rusiya lideri Vladimir Putinlə tezliklə görüşməyi planlaşdırdığına dair bəyanatını şərh edib.

"Bu mövzuda hər hansı yeni məlumat yoxdur ki, əlavə şərh verilsin", - deyə Peskov jurnalistlərin sualını cavablandırıb.

Xatırladaq ki, Reuters agentliyi Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyadan dərhal sonra Putinlə görüşmək istədiyini bildirmişdi. Lakin görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

Qeyd edək ki, Tramp 2024-cü ilin 5 noyabrında keçirilən ABŞ prezident seçkilərində Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək qələbə qazanıb. O, dəfələrlə Ukraynadakı münaqişənin həllində iştirak etmək niyyətini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
50
olaylar.az

10Mənbələr