AZ

Evdə yanan qadın xəstəxanada öldü

Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə 3 gün əvvəl Sumqayıt şəhər "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
4
17
yenisabah.az

10Mənbələr