Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə 3 gün əvvəl Sumqayıt şəhər "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.
1953-cü il təvəllüdlü Solmaz Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.
O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız