2025-ci ildə, şans var ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiyaya təzyiq göstərərək münaqişəni başa çatdıra bilər. "Ulusum".az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vlodimir Zelenski Polşa mətbuatına verdiyi müsahibədə bildirib.Zelenski, Trampın Rusiyanı diplomatik yolla müharibəni sona çatdırmağa məcbur etməsinin vacibliyini qeyd edib. O, həmçinin Ukraynaya ciddi təhlükəsizlik zəmanətləri verilməsinin zəruriliyini bildirib və bunun həm Avropaya, həm də Rusiyaya göndərilən mühüm bir siqnal olduğunu söyləyib."Tramp müharibəni bitirmək istəyir... O, Rusiyaya təzyiq göstərə bilər. Mən əminəm ki, Rusiya ABŞ və Çindən qorxur... Tramp Rusiyanı dayandırmağa məcbur edə bilər. Biz Trampla razılaşmalıyıq ki, Ukraynaya konkret təhlükəsizlik zəmanətləri verilsin və o, Putini diplomatiyaya məcbur etməlidir ki, müharibəni başa vursun". Moskva anlamalıdır ki, hər hansı bir təcavüz halında, "ukraynalılar özlərini və digər ölkələri müdafiə edə bilərlər" - deyə Zelenski qeyd edib.Səidə Mustafa
Diqqət Çəkənlər
«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb
Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib
Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir