AZ

Tramp ABŞ-də kriptovalyutanı milli prioritet etməyi planlaşdırır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp kriptovalyutanın inkişafını ABŞ üçün milli prioritet elan edən sərəncam imzalamağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp bu sahənin inkişafı üçün dövlət siyasətini formalaşdırmaq üçün kriptovalyuta üzrə məsləhət şurası yaratmağı planlaşdırır.

Agentliyin mənbələri bildirir ki, hazırkı mərhələdə bütün dövlət qurumlarının rəqəmsal aktivlərlə bağlı siyasətlərinə yenidən baxması üçün göstərişin fərmana daxil edilməsi ilə bağlı müzakirələr aparılır.

Bundan əlavə, milli kriptovalyuta ehtiyatının yaradılması imkanları nəzərdən keçirilir.

Seçilən
27
10
operativmm.az

10Mənbələr