AZ

Tramp ilk gündə 200-dən çox fərman imzalayacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yeni prezidenti Donald Tramp inauqurasiya günü 200-dən çox fərman imzalayacaq. Bu barədə Fox News mənbələrə istinadən məlumat yayıb.

Tramp Meksika sərhədində fövqəladə vəziyyət elan edəcək, hərbçilərə ölkənin cənubunda qayda-qanunu təmin etmək üçün Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etməyi tapşıracaq və qeyri-qanuni miqrantlar üçün sərhədi bağlayacaq. O, həmçinin ABŞ-nin milli təhlükəsizliyini qorumaq üçün FTB, İmmiqrasiya və Gömrük Polisi (ICE) və digər qurumların iştirakı ilə xüsusi qruplar yaradacaq. Tramp narkokartelləri xarici terror təşkilatları elan etməyi planlaşdırır.

Bundan əlavə, Tramp enerji siyasəti ilə bağlı bir sıra fərmanlar imzalayacaq və əvvəlki prezident Co Baydenin enerji məhdudiyyətlərini ləğv edəcək. O, həmçinin yüksək vəzifəli hökumət rəsmilərinə nəzarəti gücləndirmək üçün yeni sərəncamlar verəcək.

Vaşinqtonda tərəfdarları qarşısında çıxışı zamanı Tramp Bayden administrasiyasının "hər bir radikal və ağılsız" qərarının andiçmədən bir neçə saat sonra ləğv ediləcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
50
olaylar.az

10Mənbələr