Sloveniya millisinin və "Atletiko Madrid"in qapıçısı Yan Oblak "Mançester Yunayted"ə keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalının səhifələrində məlumat verilib.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” 32 yaşlı qolkiperi heyətinə qatmaq istəyir.
“Qırmızı şeytanlar” Oblaka 3 illik müqavilə təklif etməyə hazırdır.
Sloveniyalının Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq. "Transfermarkt" futbolçunun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir. La Liqanın bu mövsümündə Oblak 19 oyun keçirib və cəmi 13 qol buraxıb.
Acun Ilıcalı: "Çox önəmli futbolçularla əlaqədəyik" - VİDEO
Ançelotti "Real"da baş məşqçi kimi 150-ci qələbəsini qazanıb
Mahir oynadı, komandası qələbə qazandı
Perez daha 4 il “Real”da
Joze Mourinyo: “Qalatasaray” qazana bilməyəcəyi xallar qazandı”