AZ

Türkiyə ilə İsveç nümayəndə heyətləri arasında sabah iclas baş tutacaq

 

Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi toplantısı sabah Ankarada keçiriləcək. 

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, iclasda Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Daxili işlər naziri Əli Yerlikaya, İsveçin Xarici işlər naziri Maria Malmer Stenerqard və Ədliyyə naziri Qunnar Strömmer iştirak edəcək. 

Toplantının iki ölkə arasında terrorizmlə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıdığı vurğulanır. Nazir Fidan İsveçin PKK/PYD/YPG və FETÖ terror təşkilatlarına qarşı əlavə tədbirlər görməsini tələb edəcək və bu təşkilatların maliyyələşdirilməsi, təbliğat fəaliyyətlərinin dayandırılmasını istəyəcək. Nazir Türkiyənin Avropada artan radikal sağ, islamofobiya və irqçilik cərəyanlarından narahatlığını bildirəcək. O, bu cərəyanlara qarşı effektiv mübarizə aparılmasını tələb edəcək. Həmçinin, müdafiə sənayesi sahəsindəki məhdudiyyətlərin aradan qaldırılması ilə yeni dövrdə nəticəyə yönəlik və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinin hədəfləndiyini qeyd edəcək. 

Qeyd edək ki, Türkiyə-İsveç Təhlükəsizlik Mexanizmi toplantısının 2024-cü il sentyabrın 18-də keçirilməsi planlaşdırılsa da, İsveç nümayəndə heyətinin təyyarəsində yaranan texniki nasazlıq səbəbindən görüş təxirə salınmışdı.



Seçilən
16
43
trt.net.tr

10Mənbələr