AZ

Jan Mişel Brün: "Fransa hələ də qəbul etmir ki, əlində olan torpaqlar onun deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fransa hələ də qəbul etmir ki, əlində olan torpaqlar onun deyil, müstəmləkədir. Həm də bu müstəmləkə assimilyasiya siyasəti ilə xarakterizə olunur".
Oxu.Az xəbər verir ki, bunu Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Fransa müstəmləkə ərazilərinə öz mədəniyyətini, tarixini yeridir:
"Reyunyonda isə assimilyasiya xüsusi forma alıb. Bu siyasət Reyunyon üçün ölümcül nəticələr doğurub. Fransa ölkələrə imkan verməlidir ki, öz müstəqilliklərini elan edib, suveren yaşasınlar. Ona görə də bizim səsimizə səs verilməlidir ki, nəticə əldə edə bilək".
Mərahim Nəsib
Seçilən
24
50
oxu.az

10Mənbələr