AZ

Qadınları və uşaqları insan alverindən necə qoruyaq? – QHT sədrindən açıqlama

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a açıqlama verib. O, qadınlar və uşaqların insan alveri risklərindən qorunması üçün atılması vacib olan addımları vurğulayıb.

Kəmalə Aşumova bildirib ki, maarifləndirmə və təbliğat işlərinin effektiv şəkildə aparılması insan alveri ilə mübarizənin əsas şərtlərindən biridir. Bu məqsədlə təlimlər və seminarların təşkil edilməsi vacibdir. "Uşaqlarla həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində insan alveri mövzusunda məlumatlandırma işləri gücləndirilməlidir. Gəncləri və uşaqları aldatma halları ilə qarşılaşmamaq üçün diqqət etməli olduqları məqamlar haqqında məlumatlandırmaq önəmlidir," – deyə o, qeyd edib.

O həmçinin bildirib ki, internet resurslarından düzgün istifadə və reklamların etibarlılığını yoxlama yolları haqqında məlumatın artırılması bu risklərin qarşısını almaqda böyük əhəmiyyət daşıyır.

Aşumova, eyni zamanda, respublika səviyyəsində fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" (116-111) və "Qadın Qaynar Xətti"nin rolunu xüsusi vurğulayıb. "Bu qaynar xətlər vasitəsilə uşaqlar və qadınlar sosial, psixoloji və hüquqi dəstək alaraq yardımdan yararlana bilərlər. Risk altında olan şəxslərdən tutmuş, artıq qurbana çevrilmiş insanlara kömək etmək, onları düzgün istiqamətləndirmək çox vacibdir," – deyə o, fikirlərini yekunlaşdırıb.

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
17
21
qht.az

10Mənbələr