AZ

Dağ-mədən sənayesi misə artan tələbat fonunda tədarük defisiti ilə üzləşib – "Teck"-in baş direktoru

Bakı. Trend:

Dünyanın ekoloji təmiz enerjiyə və elektrikləşdirməyə keçidi,kritiki vacib mineralları qlobal sənaye inkişafının təməlinəçevirir. Lakin tədarklə bağlı mövcud olan problemlər bu prosesiləngidə bilər.

Trend xəbərverir ki, bu barədə Kanadanın “Teck” şirkətinin prezidenti və başdirektoru Conatan Prays Davosda Ümumdünya Ticarət Forumunun“Energetika və materialarrın geoiqtisadiyyatı” adlı paneltindəetdiyi çıxışda danışıb.

“Hal-hazırda enerji keçidi ilə şərtlənən yüksək tələbata görədağ-mədən sənayesinin inkişafı üçün ideal vaxtdır”,- deyə Praysbildirib.

“Kritiki vacib minerallar - elektrikləşdirmədən tutmuş süniintellektə kimi bütün meqatrendlərin təməlini təşkil edir. Misalüçün, dünyanın ən iri və tam formalaşmış bazarlarından birini - missektorunu götürsək, proqnozlara görə, bu kritiki vacib mineralaolan tələbat növbəti onillik ərzində 25 faiz, 2040-cı ilə qədər isə40 faiz artacaq”,-deyə Prays qeyd edib.

Praysın sözlərinə görə, mövcud tədarük problemləri başlıca əngəlolaraq qalmaqdadır.

"Hazırda fəaliyyət göstərən mədənlərdə faydalı qazıntılarıntərkibi azalır, yeni yataqlar isə daha dərinlikdə yerləşir, aşağımineral tərkibinə malikdirlər və mürəkkəb coğrafi zonalardayerləşirlər. Gələcək mədənlər, məsələn, Argentinada 5 min metrdənçox yüksəklikdə olanlar, tikinti və istismar üçün inanılmazçətinliklər yaradır", – deyə o əlavə edib.

Məqalədə:
Seçilən
22
47
az.trend.az

10Mənbələr