AZ

Tramp vəzifəyə başlayan kimi Putin niyə Siyə zəng etdi?

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putin və Çinin dövlət başçısı Si Cinpinə videokonfrans vasitəsilə görüşüb. Bu görüş Si Cinpinin Trampla əvvəlcədən görüş planlaşdırmasından sonra baş tutub.

Hafta.az-ın yazdığına görə, Kreml bu təmasın təfərrüatlarını ictimaiyyətlə bölüşərkən bildirib ki, Putin Moskva ilə Pekin arasındakı münasibətlərin “müstəqil bir quruluşa sahib olduğunu və dünyada baş verən dalğalanmalardan təsirlənmədiyini” vurğulayıb. Görüşün vaxtı Rusiya ilə Çin arasında strateji kommunikasiyanın vacibliyini göstərib.

Rusiyanın xarici siyasəti üzrə aparıcı eksperti Fyodor Lukyanov Putinin Si Cinpinlə təmasını qiymətləndirərək deyib: “Hazırda Çinlə ABŞ arasında birbaşa ünsiyyət prosesi gedir. Trampın Çinə münasibəti tamamilə praktik və kommersiya anlayışına əsaslanır. Tramp Çini ABŞ üçün ən mühüm danışıqlar tərəfdaşı kimi görür və bu kontekstdə Rusiyadan Çinlə əlaqələrini yumşaltmasını istəyə bilər. Bununla belə, Putinin Si ilə müntəzəm ünsiyyəti bu cür xarici təzyiqlərə qarşı balans yaratmaq strategiyasıdır”.

Lukyanov Si Cinpinin bu prosesdəki rolunu da belə dəyərləndirib: "Çin həmişə öz maraqlarını üstün tutan güc olub. Tramp Çinlə birbaşa danışıqlar aparmaqla Rusiyanı zəif vəziyyətdə buraxmağı hədəfləyə bilər. Lakin Sinin belə bir gücü yoxdur. Putinin tam olaraq bir strategiyaya sadiq qalmayacağını proqnozlaşdırıram ki, tərəflər bir-birinin mövqelərini başa düşmək və Qərbin təzyiqi ilə üzləşməyə hazır olmaq üçün Putinin Si ilə əlaqə saxlaması həyati əhəmiyyət kəsb edir".

Seçilən
13
50
hafta.az

10Mənbələr