Millət vəkili Vüqar İskəndərov Demokrat.az-a üçtərəfli görüş haqqında açıqlama verib.
O qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə öz cəlbediciliyini həmişə qoruyub:
“Beynəlxalq logistika yollar, tranzitlər, qitələrin kəsişməsini təmin etməsi və bunu bacarması layiqincə icra etməsi həm qonşu dövlətləri, həm də bizdən uzaqda olan ölkələri Azərbaycana olan marağını artırır. Azərbaycan, İran, Rusiyanın nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü bu il, yanvar ayın 28-də Moskva da təşkil olunması nəzərdə tutulub. Azərbaycan, İran və Rusiya arasında strateji mövqeyi üç tərəfli əməkdaşlığı inkişaf etdirmək hər üç ölkənin təbii ki, marağındadır. Düşünürük ki, bu görüşdə əsasən şimal-cənub nəqliyyatda dəhlizlə bağlı məsələlər müzakirə ediləcək. Artıq qeyd olunur ki, gələcək 5 il ərzində həmin yoldan 15 milyon ton yük daşınması hədəflənir. Bu və ya digər məsələlər üçtərəfli görüşdə müzakirə olunacaq”.
Millət vəkili qeyd edib ki, burada həm Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də müzakirə olunmasını istisna etmirik:
“Bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi yaxındır. Təbii olaraq İran da bu məsələdə öz rasional siyasətini ortaya qoymalıdır. Amma əsasən düşünürük ki, üçtərəfli görüşdə şimal-cənub nəqliyyat dəhlizi ilə bağlı və orada yük daşımalarla bağlı məsələ prioritet olacaq. Və təbii olaraq yolların, nəqliyyat dəhlizlərinin quru, dəmir, hava yolu ilə hər biri mövcud olduğu ölkələrə gəlirlər gətirir. Azərbaycan iqtisadiyyatının şəxələndirilməsində bu məsələlərə çox böyük önəm verir. Əbəs deyil ki, Azərbaycan qeyd etdiyimiz kimi özünün iqtisadi siyasət sahəsində nəqliyyat dəhlizlərinə, yollara şəxələndirilməsinə çox böyük önəm verir. Bu da ölkəmizin cəlb ediciliyini ildən ilə artırır. İran, Rusiya Azərbaycanın yaxın qonşu olan böyük dövlətlərdir. Hər iki ölkə ilə iqtisadi sahədə əlaqələrimiz mövcuddur və indiki dünyanı bürüyən dərin böhranlar ölkələri həm öz milli maraqları çərçivəsində, həm də çox tərəfli əməkdaşlığa sövq edir. Bu, çox vacib nüansdır”.
V.İskəndərov onu da qeyd edib ki, Azərbaycan Ermənistan istisna olunmaqla bütün qonuş dövlətlərlə çox yaxşı münasibətlər saxlayır və onun inkişaf etdirilməsində maraqlı olduğunu həm göstərir, həm də real icra edir:
“Hesab edirəm ki, Moskvada təşkil ediləcək Azərbaycan, İran və Rusiya nəqliyyat nazirləri arasındakı üçtərəfli görüşdə bu və ya digər vacib məsələlər müzakirə olunacaq. Təbii olaraq, hər bir qeyd olunan ölkələr bu məsələlərin gələcək dividendlərini bilir, hesablayır. Qeyd olunan məsələlər icra olunduqca, hər ölkə bu vəziyyətdən gəlirlərini artıra bilər. Bu, ölkəmiz üçün də önəmli məsələdir. Düşünürəm ki, bu görüşdən müsbət nəticələr gözləmək olar”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
xalqqazeti.az“Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb ( 15092715)
-
demokrat.azKreml hədiyyə yağdırdığı ekspertlər, siyasətçilərə dur deməlidir — Millət vəkili ( 15090039)
-
globalinfo.azKreml Bakıya qarşı onları meydana sürə bilər – 3 hədəf var ( 15078833)
-
aia.az"İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək" - Deputat ( 15074903)
-
baki-xeber.comİran hakimiyyətində "gizli əl"(?) Azərbaycanla münasibəti daim pozur... ( 15072899)
-
referans.azTehranın Bakı ilə bağlı gizli niyyəti: Əliyevin mesajından sonra iki gözlənilməz qərar ( 15067905)
-
newscenter.azBakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir ( 15062391)
-
oxu.azTehranın Azərbaycana münasibəti – Müsəlman dövlətlərə yanaşmanın göstəricisi ( 15037075)
-
moderator.azTehranın Azərbaycana münasibəti – müsəlman dövlətlərə yanaşmanın göstəricisi - ŞƏRH ( 15033571)
-
report.azTehranın Azərbaycana münasibəti – müsəlman dövlətlərə yanaşmanın göstəricisi - ŞƏRH ( 15033127)