AZ

Bu,Azərbaycanın qlobal arenada artan dəyərinin göstəricisidir– ÖZƏL

"Davos İqtisadi Forumu yarandığı vaxtdan-1970-lərdən bu günə kimi hal-hazırda dünyada qlobal səviyyədə keçirilən ən mötəbər forumlardan, beynəlxalq münasibətlər sisteminin vacib aktorlarından biridir. Bu forumda dünyanın vacib, geosiyasi və geoiqtisadi məsələlər müzakirə olunur. Bu forum müxtəlif dövlətlərin nümayəndələrinə, rəhbərlərinə, QHT, böyük şirkət nümayəndələrinə birgə görüşmək və müxtəlif problemləri müzakirə etmək imkanı yaradır". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan istənilən bir ölkənin dünya siyasətinə, iqtisadiyyatına inteqrasiya olunması və yeni əməkdaşlıqlar qurması üçün bu forum xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan artıq 30 ilə yaxın müddətdir ki, bu forumda iştirak. 1995-ci ildə ilk dəfə Heydər Əliyev Azərbaycanı bu forumda təmsil etmişdir. 2007-ci ildən bu günə kimi isə Davos İqtisadi Forumunda Prezident İlham Əliyev tərəfindən təmsil olunuruq. Ölkə başçısının iştirakı və fərqli dövlət rəsmiləri, şirkət rəhbərləri ilə görüşləri Azərbaycanın qlobal arenada artan dəyərinin göstəricisidir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Şərq-Qərb Nəqliyyat Dəhlizinin vacib bəndidir. Bu, Azərbaycanda regional və qlobal məsələlərdə aktivliyini ön plana gətirir ki, bu baxımdan hər il keçirilən forumun iştirakçıları arasında Azərbaycanın da olması təzyiq doğurmamalıdır və bu forumda iştirak Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan yeni perspektivlər vəd edir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr