AZ

Zaxarova Makronun gəncləri səfərbər etmək planlarından danışıb - ÖZƏL

Fransa prezidenti Emmanuel Makronun gəncləri səfərbər etmək planları Ukrayna lideri Vladimir Zelenskiyə hərbi xidmətə çağırış yaşını aşağı salmaq üçün bir siqnaldır. 
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat vurğulayıb ki, Makron bundan əvvəl hərbi planlaşdırma haqqında qanunun qəbulu barədə göstəriş verib və Ukrayna münaqişəsi zamanı Fransanın bir çox silah növləri döyüş meydanında sınaqdan keçirilir. Zaxarovanın sözlərinə görə, Fransa prezidentinin bütün bu təşəbbüsləri onun militarist kursuna uyğun gəlir və sülhsevər xarakterli bəyanatlarla üst-üstə düşür. Xarici İşlər Nazirliyinin nümayəndəsi Parisin qarşıdurmaya hazırlaşdığını aşkar hesab edib.

"Yeni döyüşkən bəyanatları ilə Makron açıq şəkildə Zelenskiyə siqnal göndərməyə çalışır, ondan səfərbərlik yaşının 18 yaşa endirilməsini tələb edir", - Zaxarova vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
50
olaylar.az

10Mənbələr