AZ

“Juninyo kimi futbolçuların olanda da uduzursan” - Qurban Qurbanov

"Bu il evdəki son oyunumuz oldu. Bütün oyunlarda bizlərlə olduz, təşəkkür edirəm". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Təcrübəli mütəxəssis Avropa Liqasının 7-ci turunda Rumıniyanın FCSB klubuna 2:3 hesablı məğlubiyyətdən danışıb: 

"Azarkeşlərə də təşəkkür edirəm. Şanslarımız az qalsa da, sona kimi bizə inandılar, güvəndilər. Haqları da var idi. Çünki belə çox oyunumuz var, son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları var. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Deməli, bunun bizim üçün faydası var, hazır olmalıyıq".

- Fabyan Buntiçi qapıya qoymağa peşman oldunuz?
Xeyr. Koxalski zədəli idi. İki gün əvvəl zədələnmişdi. Peşman olmadım. 

- Künc zərbələrində buraxılan qollarda səhvləri var idi?
- Birində ola bilər. Amma təkrarda baxdım, çox da asan qollar deyildi.

- FCSB-ni necə təsvir edərdiniz? 
Pozitiv. Nəticəyə oynamağı bacaran kollektivdir. Fərqli futbol oynayırlar. Döyüşkən kollektivlərə həmişə pozitiv olmuşam. Rəqibimiz olsa da, onlara uğurlar arzulamışam. 

- Elias Xaralambus komandanın oyununu təriflədi və qələbəni bəxtə bağladı. Siz bəxtə inanırsız?

- Bəlkə əvvəllər bəxtə daha çox inanırdım. Gözləyirdim ki, bəxtimiz gətirər. Yeni başladığım vaxtlarda. Sonralar daha işgüzar olmaq, daha çox əziyyət çəkmək lazımdır. Allah qarşılığını verir. Bəxt sözünü qəbul etmirəm. Bəlkə də mənə çatmır. Rəqib baş məşqçi isə nəyi var onu deyirdi. Onlar daha çox müdafiəyəmeyilli idilər.

- Hücum elementləriniz daha çox idi. Müdafiəni gücləndirməyi düşünürsüz?
- Müdafiə xəttində hansısa epizodlarda uduzduğumuzu deməzdim. Standart vəziyyətlərdə uduzduq.

Juninyonun yoxluğu özünü göstərdi. "Qarabağ"ı gücləndirməyi düşünürsüz?

- Avropa təcrübəsinə baxsanız, hər bir komanda böyük klublar da, üç illik, 5 illik heyət formalaşdırır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu sadəcə 23-lüyə salmışdıq. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə, salmamışdıq. Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırırdı. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi. Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşuk daha yaxşı istifadə edəcək. Potensialı var. Heyəti gücləndirməyə gəldikdə, mütləq. Komandaya bir neçə yeni oyunçu mütləq dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik.

- Avropa Liqanın format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı? Çünki adətən siz ilk oyundan sonra rəqibi daha yaxşı analiz edirsz. Burada isə belə şans yoxdur...
- Mən bir az geriyə qayıdacam. Bu il Avropa turnirlərinə hazırlaşmağımıza.. Çox yaxşı hazırlığımız olmuşdu. Avstriyadakı matçlarda da, komandamız daha yaxşı, daha güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. "Linkoln", "Ludoqorets"lə matçları da bura daxil edə bilərəm. Komandada ümumi hazırlıq pis deyildi. Sadəcə, nəticə olmadı. Bəli, format fərqli idi. Amma nəticə olmadı. Oyunun gedişatında daha da hiss olundu ki, bu mövsüm biz daha təcrübəli komanda olmuşuq, bu cür komandalara daha rahat hazırlaşıb, daha rahat oynayırıq. "Dinamo"(Zaqreb) ilə oyunları xatırlayaq, nə qədər qol epizodlarımız oldu. Görünür ki, builki avrokuboklar matçlarından mütləq yaxşı nəticə çıxarmalıyıq. Daha riskli futbol oynayırıq. Futbolçularım həmişə cəsarətli olmağa çalışıb. Öz istədiklərimizi həyata keçirməyə çalışırıq. Hansısa oyunlarda ustalıq səviyyəsi futbolçualrda çatışmır. Bugünkü oyunda 3 künc zərbəsinə üç qol buraxdıq. Həqiqətən təsiredicidir. Formata gəldikdə, daha sonra daha yaxşı fikir söyləmək olar. Formatın üzərinə atmayaq ki, fikrimizdə o qalar. Futbolçaulara başqa cür təsir edər.

Milli.Az

Seçilən
9
33
milli.az

10Mənbələr