2024-cü ildə "Kapital Bank" ASC-nin cəmi kredit porfeli (müştərilərə verilmiş cəmi kreditlər) 939 milyon 385 min manat və ya 22% artaraq 31 dekabr 2024-cü il tarixində 5 milyard 211 milyon 208 min manata çatıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Kapital Bank"ın istehalk kreditləri portfeli 585 milyon 865 min manat artaraq 2 milyard 939 milyon 440 min manata, biznes kreditləri portfeli 316 milyon 724 min manat artaraq 1 milyard 666 milyon 458 min manata, ipoteka kreditləri portfeli isə 36 milyon 796 min manat artaraq 605 milyon 309 min manata yüksəlib.
31 dekabr 2024-cü il tarixində "Kapital Bank"ın xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 4 milyard 620 milyon 255 min manat olub. 2023-cü ilin sonunda Bankın xalis kredit portfeli 3 milyard 811 milyon 709 min manat idi. Ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 130 milyon 838 min manat artaraq 590 milyon 952 min manata çatıb.