"Turan Tovuz" daha bir transfer gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Braziliyalı mərkəz hücumçu Joarlem Batista Santos ilə 2,5 illik müqavilə bağlanılıb.
29 yaşlı futbolçu son olaraq Portuqaliya "Şaviş" klubunda oynayıb. Joarlem Batista Santos bu mövsüm Portuqaliya 2-ci liqasında 6 oyunda meydana çıxıb və 1 qol vurub.
O, "Çaves"dən əvvəl "Mito Xollixok" (Yaponiya), "Kovilya" (Portuqaliya), "GE Yuventus" və "Mogi Mirim"də də (hər ikisi Braziliya) oynayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta