AZ

Atası ispan olan millimizin sabiq yarımmüdafiəçi rayon komandasında

“Karvan” heyətini gücləndirib.

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi gürcü əsilli Nika Çaçaşvili ilə razılığa gəlib.

Premyer Liqaya iddialı olan klub baxışdan keçirdiyi 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb.

Onun atası ispan, anası gürcüdür.

Nika “Qəbələ“nin yetirməsidir. Uzun illər “qırmızı-qaralar“ın akademiya komandalarında çıxış edib.

Həmçinin Azərbaycanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarının formasını geyinib. Odur ki, I Liqada legioner statusu daşımadan oynayacaq.

Seçilən
32
50
sportinfo.az

10Mənbələr