![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/24/1/7ae21a71-fd11-4b18-8aa0-8016980b5d73/konya-ev.jpg)
Xəbər verdiyimiz kimi, ötən gün Konyada 4 mərtəbəli bina uçub.
Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, 12 saat davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Hadisə nəticəsində iki nəfər öz imkanları ilə çıxıb, 3 nəfər isə axtarış-xilasetmə işlərindən sonra dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Dağıntılar altında qalan iki nəfərin cəsədi çıxarılıb.