AZ

NATO üzv ölkələri müdafiə xərclərini sürətlə artırmağa çağırır

NATO-nun baş katibi Mark Rutte Portuqaliyanın paytaxtı Lissabonda prezident Marselo Rebelo de Sousa və baş nazir Luis Monteneqro ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Monteneqro ilə təşkil edilən ortaq mətbuat konfransında danışan Rutte, 10 il əvvəl alyans üzvləri üçün təyin olunan və hazırda bəzi ölkələr tərəfindən çox aşağı olduğu iddia edilən Ümumi Daxili Məhsulun yüzdə 2-nin müdafiə xərclərinə köçürülməsi hədəfinin olduğunu müdafiə edib.

" Biz bilirik ki, on il əvvəl qarşıya qoyulan 2 faizlik hədəf sabahın çağırışlarına cavab vermək üçün kifayət etməyəcək. Biz indi NATO-nun güclü qalması, uyğunlaşmağa davam etməsi və gələcəkdə təhlükəsizliyimizi təmin etmək üçün səylərimizi ikiqat artırmalıyıq. Bu həm də o deməkdir ki, müdafiəmizə daha çox pul xərcləməliyik" deyə Rutte bildirib.

Məlumdur ki, ABŞ prezidenti Donald Tramp son vaxtlar bir çox çıxışlarında tez-tez NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5 faizinə çatdırmağı xahiş edib.

Seçilən
6
50
aznews.az

10Mənbələr