APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra başlayıb.
Putin bildirib ki, o zaman söhbət Ukrayna qoşunlarının Donbassdan çıxmasından gedirdi.
Rusiya prezidenti qeyd edib ki, 2022-ci ilin yazında İstanbulda müzakirə edilən saziş layihəsi Ukraynanın təklifləri əsasında hazırlanıb.
"2022-ci ilin yazında Avropa liderləri Rusiyanı “ciddi qan tökülməsinin, bir növ ciddi müharibənin” qarşısını almaq üçün Kiyevdən qoşunları çıxarmağa razı salıblar. İstanbulda müzakirə edilən saziş layihəsi
Kiyev yaxınlığında Rusiya qoşunlarının olmadığı vaxt hazırlanıb. Bunun əksini iddia etmək ciddi deyil", - Putin bildirib.
Putin bildirib ki, Zelenski ilə 2022-ci ilin aprelində görüşməyə razılaşıb, lakin Kiyev fasilə götürüb və razılaşmanı pozub.
Rusiya prezidenti Zelenskini yenə qeyri-legitim adlandırıb. Vurğulayıb ki, o,Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz.
"Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər".
10Mənbələr
-
afn.azPutin: İndi Ukrayna ilə danışıqlar aparsaq, legitim olmayacaq ( 15118205)
-
news365.azUkraynada artıq 2007-ci il təvəllüdlü yeniyetmələr döyüşür ( 15111879)
-
aia.azZelenski Trampdan Ukraynanın tərəfində olmasını tələb edib ( 15107175)
-
Bey.azZelenski qeyri-legitimdir və sənədləri imzalaya bilməz ( 15106783)
-
editor.azPutin müharibənin bitəcəyi tarixi açıqladı ( 15105161)
-
turkustan.az“Müharibə bu halda bir-iki aya bitə bilər” – Putin ( 15105135)
-
azadmedia.azPutin Zelenskinin mümkün danışıqlarla bağlı sözlərinə reaksiya verib » AzadMedia.az ( 15104989)
-
news365.azMüharibə bitir? Putin açıqladı ( 15104797)
-
turanpress.comPutin: "Zelenski Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz" ( 15104681)
-
teleqraf.comPutin: "Zelenski son anda mənimlə görüşməkdən imtina etdi" ( 15104629)