Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy Kartalkaya xizək kurortundakı hoteldə baş verən böyük yanğından sonra vəzifəsindən getməsi tələbləri fonunda Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək istefasını istəyib.
Bu barədə “Nefes” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ersoy faciənin baş verdiyi yanvarın 21-də keçirilən hökumətin iclasında prezidentə müraciət edərək onu vəzifəsindən azad etməsini xahiş edib. Buna cavab olaraq hökumətdə dəyişikliklərin fevralda planlaşdırıldığı bildirilib. Söhbət yeddi nazirin dəyişdirilməsindən gedə bilər.
Xatırladaq ki, yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.