AZ

Xəzər üzərində qəza siqnalı verən sərnişin təyyarəsi Həştərxana təcili eniş edib

Yazını böyüt
Yazını kiçilt

Dubaydan Moskvaya uçan sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib.

Hafta.az xəbər verir ki, Boeing-737 sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət transponder kodunu təyin edib.

Təcili enişə səbəb yanğın siqnalının işə düşməsi olub. İlkin məlumata görə, yanğın olmayıb.

Qeyd edilib ki, Təyyarə Dubaydan Moskva vaxtı ilə saat 15:39-da havaya qalxıb. Gəliş Moskva vaxtı ilə saat 19:46-a planlaşdırılıb. Təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub.

Xatırladaq ki, təyyarə Həştərxanda təhlükəsiz eniş edib.

Seçilən
3
6
hafta.az

10Mənbələr