AZ

Çempionlar Liqasında dünya rekordu qeydə alındı

Bakı. Trend:

Yanvarın 29-da Çempionlar Liqasının ümumi mərhələsininsəkkizinci turunda məhsuldarlıq baxımından 21-ci əsrin rekorduqeydə alınıb.

Trend xəbər verirki, bu haqda “Opta Sport” nəşri yazır.

Belə ki, gün ərzində keçirilmiş 18 matç ərzində 64 qol vurulub.Çempionlar Liqasının tarixində bu ikinci belə yüksək göstəricidir.İlk rekord 16 sentyabr 1970-ci ildə Avropa Çempionları Kubokununbirinci mərhələsində (1970-1971 mövsümü) qeydə düşmüşdü, belə ki,həmin vaxt gün ərzində 66 qol vurulmuşdu.

Qeyd edək ki, ümumi mərhələnin nəticələrinə əsasən, “Liverpul”,“Barselona”, “Arsenal”, “İnter Milan”, “Atletiko”, “Bayer”, “Lil”və “Aston Villa” birbaşa 1/8 mərhələsinə adlayıb.

1/16 finalında isə İtaliyanın “Atlanta”, Almaniyanın “BorussiyaDortmund”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya”,İtaliyanın “Milan”, Niderlandın “PSV”, Fransanın “PSJ”,Portuqaliyanın “Benfika”, Fransanın “Monako” və “Brest”,Niderlandın “Feyenord”, İtaliyanın “Yuventus”, Şotlandiyanın“Seltik”, İngiltərənin “Mançester Siti”, Portuqaliyanın “Sportinq”,Belçikanın “Brüqqe” komandları mübarizə aparacaq.

Məqalədə:
Seçilən
2
4
az.trend.az

10Mənbələr