EN

Abşeronda zavodda əcnəbi vətəndaşın ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib

Abşeronda bədbəxt hadisə baş verib...

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

***

APA xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavod ərazisində beton hasarın uçması nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.

Fakt araşdırılır.

Poliqon.info

Chosen
7
9
poliqon.info

10Sources