NATO Polşanın hava məkanını qorumaq üçün Norveç F-35-lərini havaya qaldırıb.
"Cebheinfo.az" xəbər verir ki, NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında edilən paylaşımda yanvarın 15-də çox sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.
Cavab olaraq ölkədə yerləşdirilən 2 Norveç F-35 təyyarəsinin havaya qalxdığı qeyd edilib: "Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxıb, müttəfiqlərin NATO-nun şərq cinahına sadiqliyini nümayiş etdirib".