EN

Finlandiya Avropanı Ukraynaya dəstəyi artırmağa çağırır

ABŞ-ın Donald Tramp dövründə hansı siyasət yürütməsindən asılı olmayaraq, Avropa Ukraynanı dəstəkləməkdə daha fəal olmalıdır.

 

Oxu24.com  xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib.

 

“ABŞ-ın siyasətindən asılı olmayaraq, Avropa Ukraynanın dəstəklənməsində daha fəal rol oynamalıdır. "Ukraynaya dəstək birbaşa Avropanın özünün təhlükəsizliyi və hazırlığı ilə bağlıdır",-deyə o bildirib.

 

Yanvarın 20-də Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. O, andiçmə mərasimindən sonra tərəfdarları ilə görüş keçirib və bu görüşdə Ukrayna liderinin münaqişənin həlli üçün Rusiya Federasiyası ilə müqavilə bağlamağa hazır olması barədə danışıb.

 

Ağ Evdəki ilk günündə Tramp bir saatdan az müddətdə onlarla sənəd imzaladı. Xüsusilə, yeni Amerika lideri ABŞ-ın Ukraynaya yardımını dayandıran fərman imzalayıb.

 

Politoloq daha əvvəl Trampın Ukraynaya yardımı dayandırmaq qərarını dəyərləndirib.

 

Nigar

 

Chosen
14
50
oxu24.com

10Sources