Türkiyədəki yanğınla bağlı iki məmur həbs edildi
Türkiyədə Kartalkaya dağ-xizək kurortunun yerləşdiyi Bolu bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə idarəsinin rəis müavini oteldə baş verən yanğından sonra saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, həbs yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl “Grand Kartal” otelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
Türkiyə ədliyyə naziri Yılmaz Tunc həbs faktını təsdiqləyib.