EN

"OPEC ölkələrindən neftin qiymətini azaltmağı xahiş edəcəm. Müharibənin bitməsi üçün neftin qiyməti aşağı düşməlidir”

ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Marja xəbər verir ki, Tramp iqtisadi xaosu aradan qaldıracaqlarını bəyan edib.

Atılacaq addımlarla bağlı Tramp, "Mənim administrasiyam görünməmiş bir sürətlə irəliləyəcək. İqtisadi xaosun öhdəsindən gələcəyik. Son 4 ildə vergi tərəfində pis addımlar atıldı. Ən pis inflyasiya böhranlarından birinin şahidi olduq”, -deyib.

Radikal problemlərin öhdəsindən gələ biləcək siyasət addımlarının vəzifəyə gəldiyi gündən başladığına diqqət çəkən Tramp, "İnflyasiyanın öhdəsindən gəlmək üçün addımlar atdım. Enerji addımları atdım, Paris İqlim Sazişindən çıxdıq. Enerji Fövqəladə Hallar Planını irəli sürdük" deyib.

ABŞ-ı süni intellektdə dünyanın mərkəzi edəcəklərini ifadə edən Tramp, "Minlərlə dolların ABŞ ev təsərrüfatlarına qaytarılmasını təmin edəcəyəm. Yerli istehsalçılar üçün vergi endirimləri tətbiq edəcəyik", - bildirib. 

İş dünyasına mesaj verən Tramp, "Gəlin istehsalınızı ABŞ-da qurun, Sizə indiyədək  verilməmiş  dəstəyi verəcəyik. Ancaq məhsullarınızı ABŞ-da etməsəniz, bu, sizin əleyhinizə işləyəcək və əlavə vergilərlər üzləşə bilərsiniz”, - bildirib.

“Müharibənin bitməsi üçün neftin qiyməti aşağı düşməlidir”

ABŞ prezidenti çıxışında deyib; "OPEC ölkələrindən neftin qiymətini azaltmağı xahiş edəcəm. Əgər azalsaydı, Rusiya-Ukrayna müharibəsi bitəcəkdi. Müharibənin bitməsi üçün qiymətlər aşağı düşməlidir",- deyib. 

Prezident Tramp vurğulayıb ki, bütün dünyada faiz dərəcələri sürətlə aşağı düşməlidir.

Tramp həmçinin Səudiyyə Ərəbistanına 1 trilyon dollarlıq sərmayə qoymağa çağıracağını bildirib.

Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı "Milyonlarla əsgər həyatını itirir. Bu, İkinci Dünya Müharibəsindən bəri heç vaxt görülməyib. Bu müharibəni bitirməyin vaxtıdır" deyib.

Chosen
14
28
marja.az

10Sources