EN

Bu addımı atacağıq və Rusiya döyüşə bilməyəcək!

Neftin qiyməti aşağı düşərsə, Ukraynada münaqişə bitə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Davos Dünya İqtisadi Forumunda videoformatda çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə nail olmaq lazımdır.

“Rusiya və Ukrayna arasında münaqişə dərhal dayandırılmalıdır. Nə qədər ki, neftin qiyməti yüksəkdir, bu münaqişə davam edəcək, biz neftin qiymətini aşağı salacağıq və Rusiya müharibəni dayandıracaq”, - Tramp bildirib.

O qeyd edib ki, bu cür tədbirlər çoxdan həyata keçirilməli idi:

“Ukrayna müharibəni dayandırmağa hazırdır, məsələ Rusiyanın ixtiyarındadır. Rusiyadan soruşun ki, müharibə bu il bitəcəkmi?”

Chosen
8
3
axar.az

10Sources