AzVision.az
“Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-nin Milli Kəşfiyyatın rəhbəri olmuş Retkliff Senatda müzakirələr zamanı Trampın keçmişdəki siyasətini tənqidə və qiymətləndirməyə görə MKİ-nin əməkdaşlarını təqib etməyəcəyini bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin ABŞ-nin strateji rəqibləridir. Retkliff, həmçinin, Amerika kəşfiyyatçılarının həyatına sui-qəsd törədilmiş“Havana sindromu” adlı hadisənin təhqiqatını başa çatdıracağına söz verib.
Sahil İsgəndərov
AzVision.az