Aİ ölkələrinin nümayəndələri gürcü diplomatları üçün viza rejiminin müvəqqəti ləğvi təşəbbüsünü təsdiqləyiblər.
“Bəli, Daimi Nümayəndələr bu gün səhər Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarla razılaşıblar”, – mənbə bildirib.
Bundan sonra təşəbbüs Aİ Şurasının iclasında təsdiqlənməlidir. Mənbə əlavə edib ki, bu, yəqin ki, Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin bazar ertəsi keçiriləcək görüşündə olacaq.
Bundan əvvəl gürcü diplomatları üçün vizasız rejimin müvəqqəti ləğvi təklifi Avropa Komissiyası tərəfindən açıqlanmışdı. Bəyanat hələ dekabr ayında verilmişdi.
//Samir Qurbanov, Editor.az