Demokrat.az-ın məlumatına görə, Ahmet Savaşan TÜRKPA üzvü olan ölkələrin bu məsələdə birgə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb.
Ahmet Savaşan qeyd edib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də ictimai sağlamlığı təhdid edən qlobal böhrandır.
O, isti hava dalğaları, yoluxucu xəstəliklərin artması, hava çirklənməsi, qida və su təhlükəsizliyi problemləri kimi risklərə diqqət çəkərək bu problemlərin xüsusilə həssas qruplar üzərində ciddi mənfi təsirlər yaratdığını bildirib.
İqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik orqanlarının aktiv rol oynamasının vacibliyini vurğulayan A.Savaşan istixana qazı emissiyalarının azaldılması, sağlamlıq infrastrukturunun gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin yaradılması və cəmiyyətin maarifləndirilməsi kimi addımların əhəmiyyətinə toxunub.
O, həmçinin TÜRKPA üzvü olan ölkələrin bilik və resursları paylaşaraq həmrəylik içində işləməsinin ortaq həllər üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.
Ahmet Savaşan çıxışını bu sözlərlə yekunlaşdırıb:
“TÜRKPA üzvü olan ölkələr olaraq, ətraf mühit siyasətlərini sağlamlıq siyasətləri ilə inteqrasiya edərək sağlam gələcək üçün birgə hərəkət etməliyik".
Jalə
Demokrat.az
10Sources
-
azertag.azDavos Forumu Azərbaycanın regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi ŞƏRH ( 15064777)
-
modern.az“Davos Forumu Azərbaycanın iqtisadi imkanlarını dünyaya təqdim edilməsi üçün unikal platformadır” – Mehriban Vəliyeva ( 15065017)
-
ikisahil.azƏməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ( 15059695)
-
ikisahil.azAzərbaycan dünyanın iqtisadi gündəliyinin müzakirəsində fəal iştirakı ilə diqqətdə oldu ( 15059561)
-
demokrat.azKipirdən olan millət vəkili Bakıdan dünyaya ÇAĞIRIŞ ETDİ — FOTOLAR ( 15032591)
-
sfera.azPərvin Kərimzadə: Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub ( 15032547)
-
azertag.azAzərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH ( 15032027)
-
yenisabah.azDeputat Dünya İqtisadi Forumunun əhəmiyyətindən danışdı ( 15024489)
-
azvision.azDünya Bankı Ermənistana 1,7 milyard dollar ayıracaq ( 15023069)
-
day.azNəhəng şirkətlərin Azərbaycana artan marağı ölkənin böyük iqtisadi perspektivlərindən xəbər verir - Azər Qarayev ( 15020549)