RU

Kipirdən olan millət vəkili Bakıdan dünyaya ÇAĞIRIŞ ETDİ — FOTOLAR

Şimali Kipr Türk Cumhuriyyətindən olan millət vəkili və Milli Birlik Partiyasının (UBP) fraksiya rəhbəri Ahmet Savaşan Azərbaycanda keçirilən TÜRKPA Səhiyyə Komissiyaları sədrlərinin toplantısında çıxış edərək, iqlim dəyişikliyinin sağlamlığa olan mənfi təsirlərinə diqqət çəkib.

Demokrat.az
-ın məlumatına görə, Ahmet Savaşan TÜRKPA üzvü olan ölkələrin bu məsələdə birgə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb.

Ahmet Savaşan qeyd edib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də ictimai sağlamlığı təhdid edən qlobal böhrandır. 

O, isti hava dalğaları, yoluxucu xəstəliklərin artması, hava çirklənməsi, qida və su təhlükəsizliyi problemləri kimi risklərə diqqət çəkərək bu problemlərin xüsusilə həssas qruplar üzərində ciddi mənfi təsirlər yaratdığını bildirib.

İqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik orqanlarının aktiv rol oynamasının vacibliyini vurğulayan A.Savaşan istixana qazı emissiyalarının azaldılması, sağlamlıq infrastrukturunun gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin yaradılması və cəmiyyətin maarifləndirilməsi kimi addımların əhəmiyyətinə toxunub. 

O, həmçinin TÜRKPA üzvü olan ölkələrin bilik və resursları paylaşaraq həmrəylik içində işləməsinin ortaq həllər üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

Ahmet Savaşan çıxışını bu sözlərlə yekunlaşdırıb:

“TÜRKPA üzvü olan ölkələr olaraq, ətraf mühit siyasətlərini sağlamlıq siyasətləri ilə inteqrasiya edərək sağlam gələcək üçün birgə hərəkət etməliyik".








Jalə
Demokrat.az
Избранный
19
50
demokrat.az

10Источники