EN

Türkiyə Suriyada son və risqli hərbi əməliyyatın ərəfəsindədir- Allah saxlasın....

Image

Türkiyə kürd terroru problemini kökündən həll etməyi qarşısına qoyub. Bunun üçün Suriyada son hərbi əməliyyata hazırlaşır və ölkənin içində "kürd açılımı" deyilən barışıq prosesinin yeni mərhələsini başladıb. Lakin Suriyanın şimal-şərqində illərdir kök salmış PKK/YPG/PYD silahlı qruplaşmasına ABŞ-ın ərazidəki 2 min nəfərdən çox xüsusi hazırlıqlı qüvvələri kömək edir. ABŞ açıq dedi ki, PKK/YPG/PYG müdafiə ediləcək, İsrail onları müdafiə edir, Almaniyanın və Fransanın xarici işlər nazirləri bu günlərdə birlikdə Suriyaya səfər etdilər və kürdlərdən ibarət Demokratik Suriya ordusunu "bizim müttəfiqlərimiz" adlandırdı, yəni PKK/YPG/PYD-ni...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Türkiyə Suriyanın şimal-şərqində əməliyyat keçirə bilər. Lakin Suriyadakı PKK/YPG/ PYG silahlılarını tərksilah etmək çox mürəkkəb bir şey olacaq. ABŞ, FRANSA, ALMANİYA və İSRAİL kürd silahlılarını tək buraxmayacaqlar. Suriyanın yeni hakimi Colaninin kürd terrorçulara qarşı Türkiyənin hərbi əməliyyatına dəstək verib-verməyəcəyi isə hələ məlum deyil. Ciddi şübhələr var. 

Məncə, Türkiyə ya Suriyanın kürd bölgələrində hərbi əməliyyat planından imtina edəcək, ya da sonu bilinməyən risqli əməliyyata girəcək.

Türkiyənin bölgə dövlətləri və Qərb gücləri ilə münasibətlərini tənzimləməsinə indi həmişəkindən çox ehtiyac var.

Allah Türkiyəmizə kömək olsun... "Zor dönəmlərə giririk"...

Tahir TAĞIYEV





Chosen
8
34
baki-xeber.com

10Sources