EN

“Paşinyan İrəvana hər il 5 milyard ziyan vurur”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti maraqlı iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, erməni nəşri baş nazir Nikol Paşinyanın hakimiyyətdə qaldığı hər il üçün Ermənistana külli miqdarda ziyan vurduğunu bildirib.

Qəzet yazır ki, “Nikol Paşinyanın baş nazir kimi vəzifədə qalması, Ermənistana hər il 5 milyard dollara başa gəlir”.

Lakin nəşr bu qədər məbləğin konkret olaraq nəyə xərclənməsi və zərərin nədən ibarət olmasının detallarını açıqlamayıb. Yalnız dolayısı ilə bildirib ki, Paşinyan hakimiyyətdə qalması üçün hər il bu qədər pul xərcləyir.

 

Chosen
22
50
tribunainfo.az

10Sources