EN

Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat təşkil edib.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 4,8 % az və 6,3 % çoxdur.

Son nəticədə icmal büdcədə 5 milyard 80,8 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən təxminən 2 dəfə azdır.

Chosen
7
50
report.az

10Sources