1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Nərimanov rayonunda yerləşən məşhur "Keşlə bazarı"nda köç başlayıb.
İcarədarlara fevralın 1-nə qədər möhlət verilib. Bazar artıq Dərnəgüldə yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərəcək.
Satıcılardan bəziləri yeni ünvandan razıdırlar, bəziləri isə narazı olduqlarını bildiriblər.
"Bu qədər malım var, dünəndən daşıyırıq, hələ də qurtarmır. Heç olmasa, marta qədər vaxt verərdilər, yükümüz bir az yüngülləşərdi", - satıcılardan biri deyib.
Oxu.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı yeni "Keşlə bazarı"nda da olub.
Satıcılar yeni iş yerlərindən razılıq etsələr də, alıcılıq qabiliyyətinin bir o qədər də ürəkaçan olmadığını bildiriblər.
"Bu gün səhər gəlmişik. Hələ ki müştəri yoxdur. Problemimiz alıcı qabiliyyətinin aşağı olmasıdır. Yerimiz rahatdır. Köhnə bazarda başımıza yağış yağırdı, mən elə orada qocaldım", - deyə satıcı söyləyib
Xatırladaq ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində plana düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.
Ətraflı süjetdə: