EN

Dubay-Moskva təyyarəsi Xəzər üzərində qəza siqnalı verdi– Təcili eniş etdi

Dubaydan Moskvaya uçan sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib.

Heftelik.az-ın “Flightradar24″a istinadən verdiyi məlumata görə, “Boeing-737” sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət transponder kodunu təyin edib.

Təcili enişə səbəb yanğın siqnalının işə düşməsi olub. İlkin məlumata görə, yanğın olmayıb.

Qeyd edilib ki, təyyarə Dubaydan Moskva vaxtı ilə saat 15:39-da havaya qalxıb. Gəliş Moskva vaxtı ilə saat 19:46-a planlaşdırılıb. Təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub.

Chosen
4
6
heftelik.az

10Sources