Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb.
Bunu London ICE birjasının məlumatları göstərir.
Məlumata görə, günün əvvəlindən 6 %-ə yaxın artım qeydə alınıb və 15 noyabr 2023-cü il tarixindən bəri ilk 550 dollar səviyyəsi üstələnib.