EN

"Qarabağ" 2-ci dəqiqədə baş saldı ki..."

Futbol mütəxəssisi Adil Şükürov Sportinfo.az-a açıqlama verib.

O, "Qarabağ"ın Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniya klubu FCSB-yə məğlubiyyətini (2:3) şərh edib:

"Qarabağ"ın ən azı minimal hesablı qələbəsi olmalıydı. Komanda yaxşı oynadı. Rumınlar açıq futbol oynamağa cəhd etdi. Amma 2-ci dəqiqədə "Qarabağ" qol vurmaqla bir növ rəqibə başa saldı ki, siz ikinci nömrə ili oynayacaqsız.

"Qarabağ" daha çox topa sahib olurdu, üçüncü zonada pressinq etməklə top qazanmağa çalışırdı. Komanda ötən ilin ikinci yarısında olduğu kimi, bu görüşdə də qol şanslarından yararlana bilməməsi öz sözünü dedi.

Məğlubiyyətə səbəb kimi standart vəziyyətlərdə buraxılan qollar oldu. Duran toplar ölkə futbolunda hər zaman problem olub. Bu görüşdə də özünü göstərdi. Qurban müəllim də dediyi kimi bir oyunda künc zərbəsindən sonra 3 qol buraxmaq ağır oldu. Rəqibin oyun ərzində "Qarabağ"dan üstün olduğu nəsə olmadı. Sadəcə duran toplardan maksimum yararlandılar".

XANOĞLAN

Chosen
5
50
sportinfo.az

10Sources