Avropa Liqasında "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubu ilə oyununa təyinat alan Radu Petresku daha əvvəl bir dəfə Azərbaycan təmsilçilərinin matçını idarə edib.
Sportinfo.az xəbər verir ki, 42 yaşlı ədalət təmsilçisi 2015-ci ildə Serbiyada "Çukariçki" və "Qəbələ" arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında iş başında olub.
2012-ci ildən beynəlxalq təyinat alan FIFA referisi meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş hakim kimi iştirak edib.
O, sözügedən oyun zamanı "qırmızı-qaralar"dan Vitali Vernidub, Ürfan Abbasov, Rafael Santos, George Floresku və Cavid Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.
Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.